4 maşın toqquşdu:


Digərləri 26 Sen 2020 10:57:00 165 0

4 maşın toqquşdu:

Bakı-Qazax avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az qafqazinfo-ya istinadən bildirir ki, qəza yolun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.  

Qəfil yola çıxan xırdabuynuzlu heyvanları əvvəlcə yük maşını vurub. Ardından "Mersedes Vito" markalı avtomobil sürüyə çırpılıb. 

Arxadan hərəkət edərək sürətini azaldan "Tofaş" markalı minik maşınına isə "Ford" markalı yük maşını çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, 50-dən çox heyvan tələf olub, avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.