6 otaqlı ev yandı


Digərləri 26 Sen 2020 09:58:00 184 0

6 otaqlı ev yandı

Ağdaş rayonunun Mürsəl kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, ümumi sahəsi 288 kv.m olan bir ailənin məskunlaşdığı birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə və 1 otağına yığılan 12 ton ot bağlamasının 3 tonu yanıb.

Tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.