Evə girən oğrular ərarvadı bıçaqlandılar


Kriminal 26 Sen 2020 09:45:00 170 0

Evə girən oğrular ərarvadı bıçaqlandılar

Göygöl rayonunda evə girən oğrular ər və arvadı bıçaqlayıb.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə Qızılqaya qəsəbəsindəki evlərdən birində qeydə alınıb. Mənzilə girən oğrular ev sahibi - 1961-ci il təvəllüdlü Fikrət Əliyev və həyat yoldaşı, 1969-cu il təvəllüdlü Əliyeva İradə Faiq qızına bir neçə bıçaq xəsarəti yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qadının sözlərinə görə, evə girən oğrular 2-3 nəfər olublar. 

Faktla bağlı araşdırma aparılır.