“LG” orta büdcəli iki smartfonunu təqdim edib


Digərləri 26 Sen 2020 08:55:00 185 0

“LG” orta büdcəli iki smartfonunu təqdim edib

"LG" şirkəti eyni anda ortabüdcəli "K62" və "K52" smartfonlarını təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "LG K62" smartfonu tərəflər nisbəti 20:9 və təsvir ölçüsü FULL HD olan 6,6 düymlük IPS ekran və 28 mp-lik selfi modul üçün kiçik dəliyə malikdir. Smartfonun arxa kamerası 4 sensordan ibarətdir: 48 mp-lik əsas, 115 dərəcə baxış bucağına malik 5 mp-lik super genişbucaqlı obyektiv, makroçəkiliş (2 mp) üçün modul və dərinlik sensoru.

Aparat 2,3 QHs takt tezlikli 8 nüvəli prosessor, 4 QB əməli yaddaş və 128 QB daşıyıcı (daxili yaddaşı artırmaq üçün "microSD" yaddaş kartından istifadə mümkündür) ilə təchiz edilib.

"LG K62" aparatında təhlükəsizlik üçün barmaq izləri skaneri quraşdırılıb. Daxili akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon "Android 10" versiyasının idarəetməsi altında işləyir. Yenilik, həmçinin "MIL-STD-810G" hərbi standartının tələblərinə uyğun olan möhkəm korpusa malikdir.