Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb


Dünya 26 Sen 2020 08:13:00 171 0

Nigeriyada ştat qubernatorunun karvanına hücum olunub, 15 nəfər ölüb

Nigeriyanın Borno ştatının qubernatoru Babaqan Umar Zulumun karvanına İŞİD terror qruplaşması ilə əlaqəli silahlılar hücum ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, hücum Baqa şəhərinin yaxınlığında Çad gölünün sahilində baş verib.

Bildirilir ki, hücum nəticəsində 15 nəfər, o cümlədən 8 polis əməkdaşı, 4 hökumətyönlü silahlı və 3 əsgər həlak olub.

Məlumata əsasən, qubernator hücum nəticəsində xəsarət almayıb, o, helikopterlə Monquno şəhərində təxliyə edilib.