Qazaxıstanda koronavirusa daha 69 nəfər yoluxub


Dünya 26 Sen 2020 08:22:00 174 0

Qazaxıstanda koronavirusa daha 69 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində 69 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, aşkarlanan yeni yoluxma halları Nur Sultan (14), Almatı (3) şəhərlərində, Akmolinsk (1), Almatı (2), Atırau (5), Şərqi-Qazaxıstan (17), Jambıl (2), Qərbi-Qazaxıstan (2), Karaqanda (5), Kostanay (3), Pavlodar (4), Şimali-Qazaxıstan (5), Türküstan (1) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 107 659 nəfərə çatıb.