Bakıda kafedə yanğın baş verib FOTO


Digərləri 26 Sen 2020 08:18:00 164 0

Bakıda kafedə yanğın baş verib  FOTO

Bakının Nəsimi rayonunda kafedə yanğın qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində yerləşən kafedə baş verib.

İaşə obyektinin mətbəxində əvvəlcə tüstülənmə müşahidə olunub. Daha sonra mətbəxdəki avadanlıq yanıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb. Vaxtında edilən müdaxilə nəticəsində yanğın iaşə obyektinin mətbəxindən kənara keçməyib.

Hazırda hadisənin səbəbləri araşdırılır.