Moskvada koronavirusdan daha 17 nəfər ölüb


Dünya 26 Sen 2020 07:55:00 150 0

Moskvada koronavirusdan daha 17 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 17 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 17 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 146 nəfərə çatıb.