ABŞda koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötdü


Dünya 26 Sen 2020 07:35:00 144 0

ABŞda koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötdü

ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 7 milyon nəfəri ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ABŞ-da koronavirusa 7 005 746 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 203 240 nəfər vəfat edib, 2 710 183 nəfər isə sağalıb.

Bildirilri ki, ən çox yoluxma halları Kaliforniya (801 006), Texas (747 491), Florida (695 887) və Nyu-York (453 755) ştatlarında qeydə alınıb.