Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır


Digərləri 26 Sen 2020 07:05:00 173 0

Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır

Həftəsonu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Son.az Trend-ə istinadən bildirir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 26 sentyabr gecə 00:00-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

İctimai nəqliyyat sentyabrın 28-i səhər saat 06:00-da yenidən fəaliyyətlərini bərpa edəcək.