Ermənistanda müxalifət lideri Qagik Tsarukyan həbs olunub


Dünya 26 Sen 2020 07:15:00 170 0

Ermənistanda müxalifət lideri Qagik Tsarukyan həbs olunub

Yerevanın ümumi hüquq məhkəməsi "Çiçəklənən Ermənistan" müxalifət partiyasının lideri, biznesmen Qagik Tsarukyanın həbsinə dair qərar verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə müxalifət partiyasının lideri vəkili Yerem Sarkisyan deyib.

Y.Sarkisyan bildirib: "Gözlədiyimiz kimi, məhkəmə Qagik Sarukyana qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib".

Vəkil əlavə edib ki, Tsarukyanın müdafiəsi apelyasiya şikayəti hazırlayır.