Ukraynada təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 25 Sen 2020 22:55:00 167 0

Ukraynada təyyarə qəzaya uğrayıb, ölənlər var

Ukraynanın Xarkov vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar var. Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı hadisəni təsdiqləyib.

Bildirilir ki, An-26 hərbi nəqliyyat təyyarəsinin göyərtəsində kursantlar olub.

Digər təfərrüatlar barədə məlumat verilmir.