Avqustda Latviyada işsizlik səviyyəsi azalıb


Dünya 25 Sen 2020 22:40:00 192 0

Avqustda Latviyada işsizlik səviyyəsi azalıb

Avqustda Latviyada işsizlik səviyyəsi 8,6 faiz təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Latviyanın Mərkəzi Statistika İdarəsi yayıb.

Bildirilib ki, ötən ay Latviyada 84 min işsiz olub ki, bu da iyul ilə müqayisədə 2,6 min nəfər azdır.

Qeyd edilib ki, yeni koronavirus pandemiyası ilə bağlı Latviyada karantin rejiminin elan edildiyi gündən bəri işsizlərin sayı 12,4 min nəfər artıb.