Ən sürətli koronavirus testi hazırlanıb


Digərləri 25 Sen 2020 22:15:00 216 0

Ən sürətli koronavirus testi hazırlanıb

Almaniyanın "Bosch" konserni koronavirus infeksiyasının aşkar olunması üzrə unikal avtomatlaşdırılmış test sistemi hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu test zamanı nəticəni 39 dəqiqə sonra öyrənmək mümkün olacaq.

Qeyd olunur ki, bu test hazırda dünyada ən sürətli polimeraz zəncir reaksiyası (PZR) testidir.

Bu sistem avtomobil yollarında və hava limanlarında səyyar test mərkəzlərində istifadə üçün nəzərdə tutulub.

"Bosch"un hazırladığı testin diaqnoz dəqiqliyi 98 faizə bərabərdir. Şirkət istehsal gücünü 1 milyon testədək artırmağı planlaşdırır.