"Boeing 737 MAX" bu ilin sonunadək uçuşlarını bərpa edə bilər


Dünya 25 Sen 2020 21:50:00 180 0

"Boeing 737 MAX" bu ilin sonunadək uçuşlarını bərpa edə bilər

"Boeing 737 MAX" bu ilin sonunadək Avropada uçuş icazəsi ala bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropanın Aviasiya Təhlükəsizliyi Agentliyinin icraçı direktoru Patrik Kay deyib.

O bildirib ki, Avropa bu təyyarələrin uçuş qadağasını yalnız ABŞ-ın Federal Aviasiya İdarəsinin müvafiq qərarından sonra götürə bilər. ABŞ tərəfinin "Boeing 737 MAX"la bağlı qərarının noyabr ayında verilməsi gözlənilir.

Xatırladaq ki, 2018-ci ilin noyabrında İndoneziyada və 2019-cu ilin martında Efiopiyada "Boeing 737 MAX" təyyarələnin qəzaya uğramasında sonra həmin modellərin uçuşuna qadağa qoyulmuşdu. Bu qəzalarda müvafiq olaraq 189 və 157 nəfər həlak olmuşdu.