Yol nişanı dirəyinə çırpılan POLİS ÖLDÜ


Dünya 25 Sen 2020 21:04:00 192 0

Yol nişanı dirəyinə çırpılan POLİS ÖLDÜ

Türkiyənin Antalya şəhərində yol polisi əməkdaşı faciəvi şəkildə həyatını itirib.

Son.az oxu.az-a istinadən bildirir ki, motosikletlə hərəkətdə olan Onur Kiçik adlı polis yol nişanı dirəyinə çırpılıb.

Zərbənin gücündən polis əməkdaşının başında olan dəbilqə yerə düşüb.

Xəstəxanaya çatdırılan O.Kiçiyin xəsarəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyib.