Qazaxıstanlı politoloq: KTMTnin resursları ərazi münaqişələrində istifadə oluna bilməz


Siyasət 25 Sen 2020 20:47:00 228 0

Qazaxıstanlı politoloq: KTMTnin resursları ərazi münaqişələrində istifadə oluna bilməz

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) resursları ərazi münaqişələrində istifadə oluna bilməz.

Son.az bildirir ki, bunu Trend-ə qazaxıstanlı politoloq Dosım Satpayev Ermənistanın kömək üçün KTMT-yə müraciətini şərh edərkən deyib.

O qeyd edib ki, KTMT-nin nizamnaməsinə əsasən, bu təşkilat hər hansı siyasi və hərbi oyunlar üçün istifadə oluna bilməz:

"Bu təşkilatın səyləri hansısa üzv istəyir deyə istifadə oluna bilməz. Bu qurum yalnız xarici təcavüz halında öz üzvlərinə dəstək göstərə bilər. Amma söhbət ərazi mübahisələrindən gedirsə, bu, KTMT-nin səlahiyyətlərinə daxil deyil, çünki bu cür məsələlər diplomatik yolla həll olunmalıdır".

Politoloq xatırladıb ki, Qazaxıstan hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin fəal tərəfdarı olub:

"Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu prioritet hesab edir".

Son.az