"Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi"


Digərləri 25 Sen 2020 19:39:00 162 0

"Koronavirus qlobal pandemiya elan olunan ilk gündən Azərbaycanda məhz insanların sağlamlığı önə çəkildi"

Azərbaycanda sosial siyasət dövlət siyasətinin təməlində dayanır. İnsanların sağlamlıqlarının qorunması hər şeydən üstün tutan ölkə başçısı dünya üçün çətin və böhranlı vaxtlarda ölkəmizin uğurlu gələcəyi uğrunda atdığı uğurlu addımları ilə əsil liderlik xüsusiyyətini təsdiq edib.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, koronavirus qlobal pandemiya elan olunan ilk gündən biz iki seçim qarşısındayıq deyərək, iqtisadiyyatın fəallığının qorunması ikinci plana salındı və məhz insanların sağlamlığının vacibliyini önə çəkən cənab Prezident dövlətin bütün resurslarını qlobal pandemiyanın fəsadlarının minimumlaşdırılmasına yönəltdi:

"Operativ şəkildə 45 xəstəxananın təyinatının koronavirus xəstələrinin müalicəsinə yönəldilməsi, yeni modul xəstəxanaların tikilməsi, yeni laboratoriyaların ölkəmizə gətirilməsi, tibbi maska və qoruyucu vasitələrin istehsalına başlanması ölkədə infeksiyanın sürətlə artmasının qarşısının alınmasına imkan verdi.

Ölkədə tətbiq olunmuş karantin rejiminin məhdudiyyətlərinin əhalinin sosial rifahına təsirlərinin minimumlaşdırılmasına və iqtisadi fəallığın yenidən bərpası tədbirlərinin həyata keçirilməsinə dövlətimiz 3,5 milyard manat maliyyə vəsaiti ayırdı. Onu da qeyd etmək lazımdır ki, ayrılmış bu vəsaitlər 5 milyon insanın sosial rifahına müsbət təsir göstərib, bu da ölkə əhalisinin 50%-i deməkdir. Pandemiyanın fəsadlarını azaltmaq üçün tədbirlərin görülməsinə maliyyə çətinliyi yarandığına görə dünyanın 155 ölkəsi yardım üçün benəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda Azərbaycan ölkədə koronavirusla mübarizədə uğurlar qazanmaqla yanaşı ÜST-ə 10 milyon dollar və ÜST çərçivəsində çətinlik çəkən Qoşulmama Hərəkatına üzv olan 30-dan çox ölkəyə maliyyə və digər yardımlar göndərməklə özünün dünyada ləyaqətli ölkə olduğunu təsdiq etdi.