Bu ölkələr COVID19un ikinci dalğasının başladığını elan edib


Dünya 25 Sen 2020 19:14:00 184 0

Bu ölkələr COVID19un ikinci dalğasının başladığını elan edib

Dünyanın bir çox ölkələrində koronavirusa yoluxma halları əhəmiyyətli dərəcədə artıb.

Son.az medicina.az-a istinadən bildirir ki, artıq 10 ölkə rəsmi şəkildə koronavirusun ikinci dalğasının yaşandığı barədə məlumat verib.

Bunlar Belçika, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Yunanistan, Niderland, Serbiya, Slovakiya, Sloveniya və İspaniyadır.

Eyni zamanda İsrail bu gündən etibarən ölkə ərazisində ümumi karantin tətbiq etməyə başlayıb. Sinaqoqlar, müəssisələr, marketlər bağlanıb, ictimai nəqliyyat marşrutlarının sayı azaldılıb.