İnsult keçirən Ağakərimin son halı


Şou-biznes 25 Sen 2020 18:44:00 263 0

İnsult keçirən Ağakərimin son halı

Uzun müddətdir səhhətində ciddi problem olan meyxanaçı Ağakərimin yeni görüntüləri yayılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onunla bağlı videonu həmkarı Ağamirzə Məmmədov İnstaqram hesabında yayımlayıb.

Meyxanaçını ziyarətə gedən ifaçı həmkarlarının ona salamını çatdırıb. Ağamirzə deyib ki, hər şey yaxşı olacaq.

İnsult keçirən Ağakərimin danışmaqda çətinlik çəkdiyi, yataq xəstəsi olduğu diqqətdən qaçmayıb. 

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər var.