Daha bir ölkədə ikinci dalğa başladı


Dünya 25 Sen 2020 18:19:00 199 0

Daha bir ölkədə ikinci dalğa başladı

Ukraynada koronavirus pandemiyasının ikinci dalğası başlayıb.

Son.az xəbər verir ki, bunu ölkənin Prezidenti Vladimir Zelenski açıqlayıb.

Slovakiyalı həmkarı Suzana Kaputova ilə mətbuat konfransında çıxış edən Zelenski bildirib ki, hazırda ölkədə gündəlik 3 minə yaxın yoluxma faktı qeydə alınır. Bu da ikinci dalğanın göstəricisidir.

O, ilk dalğa zamanı hər gün 100-300 arası yoluxmanın qeydə alındığını xatırladıb.

Son rəqəmlərə görə, Ukraynda 191 min 671 nəfər virusa yoluxub, 3 min 827 nəfər ölüb, 85 min 133 nəfər sağalıb.

Qeyd edək ki, daha əvvəl Kanadanın Baş naziri Castin Trüdo ölkəsində ikinci dalğanın başladığını açıqlamışdı. (publika.az)