Kim Çen In üzr istədi


Dünya 25 Sen 2020 18:00:00 169 0

Kim Çen In üzr istədi

Koreya Xalq Demokratik Respublikasının Dövlət Müdafiə Komitəsinin sədri Kim Çen In Cənubi Koreyadan üzr istəyib.

Son.az xəbər verir ki, o, dövlət sərhədini pozduğuna görə öldürülən cənubi koreyalıya görə həmkarı Mun Caya məktub yollayıb.

Kim Çen In məktubunda gözlənilməz hadisəyə görə məyus olduğunu və kədərləndiyini qeyd edib.

Çen In mesajında cənubi koreyalıya qaydalar çərçivəsində 10 güllə atıldığını, şəxsin ölü ələ keçirilməsindən sonra qayığının yandırıldığını qeyd edib. Bildirib ki, istintaqın nəticəsi Cənubi Koreya ilə paylaşılacaq.

Qeyd edək ki, Cənubi Koreya Okean və Balıqçılıq Nazirliyinin əməkdaşı Yeonpyeonq adası yaxınlığındakı 500 tonluq gəmidə araşdırma xidməti apararkən itkin düşmüşdü. Onun Şimali Koreyanın dövlət sərhədini pozması səbəbilə silahla vurulduğu açıqlanmışdı. (publika.az)