“100150 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər” VİDEO


Digərləri 25 Sen 2020 16:20:00 129 0

“100150 nəfərlik toyların keçirilməsinə icazə verilə bilər”  VİDEO

"Bu tarixdən toylar bərpa olunur". Bu xəbərin həqiqət olmasını həm toyu təxirə düşən cütlüklər, həm də işi toyla əlaqədar olan şəxslər səbirsizliklə gözləyir. Düzdür, biz hələ də virusla mübarizəni davam etidiririk, lakin ekspertlər də bildirir ki, biz virusla yaşamağa alışmalıyıq. Ona görə də ən azından noyabra qədər açıq havada toyları keçirmək olar.

Son.az bildirir ki, ARB TV-də yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı süjet hazırlanıb.

Sakin: "Düşünürəm ki, pandemiya dövründə toylar olmasa yaxşıdır. Çünki virus hələ də yayılmaqda davam edir. Biz virusla yaşamağı öyrənməyə çalışmalıyıq".

Sakin: "Toylar, yaxud bu kimi mərasimlər hansısa formada keçirilməlidir. Keçirilsə, hər kəs maska ilə iştirak edə bilər".

Əpoş Vəliyev - Filologiya üzrə fəlsəfə doktoru: "Uzun müddətdir ki, gənc cütlüklər toy gözləyirlər. Artıq zamanın uzanması bəzi problemlərin çıxmasına, söz-söhbətə səbəb olur. Həm də toyların keçirilməməsi yeni ailələrin qurulmaması ilə nəticələnir ki, bunun da gələcəkdə fəsadlarını hiss edəcəyik. Düşünürəm ki, açıq havada toyların keçirilməsinə icazə verilməlidir".

Milli Məclisin deputatı Rəşad Mahmudov bildirir ki, virusun qısa müddətli olmadığı hamımıza məlumdur. Buna görə də müəyyən qaydalara əməl etməklə artıq toylara icazə verilməlidir.

Rəşad Mahmudov - Milli Məclisin deputatı: "Mən şəxsən düşünürəm ki, Azərbaycanda bunun üçün imkanlar çoxdur. Azərbaycanda şadlıq evlərində olan məkanın çox geniş olması bizə həmin o 500-1000 nəfərlik şadlıq saraylarında rahat şəkildə 50 nəfərlə, 100 nəfərlə məsafəni qoruyaraq uyğun şərtlərlə toy məclisinin keçirilməsinə şərait yarada bilər".

Şəhriyar Məhərrəmov - Müğənni: "Bəzi şadlıq sarayları olduqca böyükdür. Məsələn 400 nəfərlik şadlıq sarayında 100-150 nəfərin iştirakı ilə məclislər keçirilə bilər. Burada karantin qaydaları, məsafə də gözlənilə bilər. Şadlıq saraylarında bu işə nəzarət etmək üçün Daxili İşlər Nazirliyindən, Operativ Qərargahdan nümayəndələr də nəzərdə tutula bilər".