DƏMX: Əmək məzuniyyətinin 1, 2 və ya 3 gün istifadə edilməsi məqsədəuyğun deyil


Digərləri 25 Sen 2020 15:14:00 153 0

DƏMX: Əmək məzuniyyətinin 1, 2 və ya 3 gün istifadə edilməsi məqsədəuyğun deyil

İşçilər əmək məzuniyyətlərini hissələrə bölərək ondan istifadə edərlərsə, həmin bölünmüş hissələrdən biri ən azı 2 həftədən az olmamalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) şöbə müdiri Elşən Tağıyev sosial şəbəkədə "Əmək qanunvericiliyi sistemində iş vaxtının tənzimlənməsi" mövzusuna həsr edilmiş canlı bağlantıda deyib.

Onun sözlərinə görə, məzuniyyət işçinin normal əmək qabiliyyətinin bərpası üçün verilir:

"İşçilər tərəfindən məzuniyyətin 1, 2 və ya 3 gün götürülərək istifadə edilməsi məqsəduyğun deyil. Qanunvericlikdə məzuniyyətin 2 həftədən az götürülməməsi tələbi var. Yaxşı olardı ki, işçilər əmək fəaliyyətini 2, zəruri olduqda 3 hissəyə bölsünlər. Məzuniyyətin daha çox hissələrə bölünməsi məqsədəuyğun deyil".

E.Tağıyev qeyd edib ki, təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.