Bakıda nənəsi ilə bibisini öldürən gəncin


Kriminal 25 Sen 2020 14:53:00 187 0

Bakıda nənəsi ilə bibisini öldürən gəncin

Xəbər verdiyimiz kimi, dünən 1985-ci il təvəllüdlü Samir Mustafayev Bakıda nənə və bibisini amansızlıqla qətlə yetirib.  O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.