Samirə: "5 il ərzində heç bir yerdə görünmədiyim üçün..."


Digərləri 25 Sen 2020 14:57:00 155 0

Samirə: "5 il ərzində heç bir yerdə görünmədiyim üçün..."

Azərbaycan Televiziyasının yeni mövsümdəki yeniliklərindən biri də TV-yə yeni simaları cəlb etmək oldu. Onlardan biri də işinin peşəkarı olan teleaparıcı Samirə Mustafayevadır. "ATV Xəbər"in əsas buraxılışının aparıcısı olan S.Mustafayevanın 5 il sonra televiziyaya qayıdışı isə kifayət qədər maraqla qarşılandı.

Son.az bildirir ki, AzTV-nin rəsmi "Telegram" kanalı xanım aparıcıdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Samirə xanım, efir üçün darıxmışdınızmı?

- Həmişə elə hiss eləmişəm ki, mən televiziyada doğulmuşam. Lakin son 5 il ərzində TV-yə geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an efir üçün nə qədər darıxdığımı hiss etdim. O sevgini, o hissləri təzədən yaşadım.

- Geridönüş çətin olmadı ki?

- 2 il idi Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayevlə danışıqlarımız olurdu. Məni TV-yə qayıtmağa razı salmağa çalışırdı. "Yox, yox" deyib razı olmurdum. Amma elə bir məqam yetişdi ki, "yox" baryerini aradan götürməyə qərar verdim. 

- Sirr deyil ki, zahiri görkəminizdə dəyişikliklər etmisiniz. Dəyişiklik etməyə ehtiyac hiss etdiniz, yoxsa...