Moskva meri məsafədən iş rejiminə qayıtmağı tövsiyə edir


Dünya 25 Sen 2020 13:40:00 167 0

Moskva meri məsafədən iş rejiminə qayıtmağı tövsiyə edir

Moskva meri Sergey Sobyanin idarə və müəssisə rəhbərlərinə əməkdaşların əksəriyyətini məsafədən iş rejiminə keçirməyi məsləhət görüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Rusiya paytaxtında koronavirus infeksiyasının yenidən sürətlə yayılması səbəbindən mer Sergey Sobyanin idarə, təşkilat və müəssisə rəhbərlərinə işçilərinin əksəriyyətini məsafədən iş rejiminə keçirməyi məsləhət görüb.

Mer, həmçinin sanitar-epidemioloji qaydalara ciddi riayət olunmasına nəzarəti gücləndirməyi, qoruyucu vasitələrdən istifadə etməyi, sosial məsafə gözləməyi tapşırıb, yaşı 65-dən yuxarı olan moskvalılara sentyabrın 28-dən məsafədən iş rejiminə keçməyi və ya məzuniyyət götürməyi, ehtiyac olmadan evlərini tərk etməməyi tövsiyə edib. O vurğulayıb ki, bu ilin yazında tətbiq olunan sərt karantin rejiminə qayıtmamaq üçün bu qaydalara mütləq riayət olunmalıdır.

Qeyd edək ki, sentyabrın 24-də Moskvada iyunun sonlarından sonra ilk dəfə bir gündə aşkar edilən COVID-19 xəstələrinin sayı 1000 nəfəri ötüb.