Ermənistanda koronavirusa gündəlik yoluxma sayı 400ə yaxınlaşır
Dünya 25 Sen 2020 13:24:00 154 0
Ermənistanda koronavirusa yoluxanların sayı 48 643 nəfərə çatıb.
Son.az Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 392 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 947 nəfər koronavirusdan ölüb, 4 002 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Mənbə: milli.az