Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi


Digərləri 25 Sen 2020 11:50:00 161 0

Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi

Azərbaycan Vəkillər Kollegiyasında kadr dəyişikliyi olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə kollegiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, Vəkillər Kollegiyasının Aparat rəhbəri Fərhad Nəcəfov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Hazırda bu vəzifənin icrası Vəkillər Kollegiyası Aparatının əməkdaşı Bayram Orucova tapşırılıb.