Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı


Kriminal 25 Sen 2020 10:00:00 168 0

Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı

Bakıda nənəsi və bibisini qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Suraxanı rayonunda 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadovanı yaşadıqları evdə bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən Samir Cavadov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.