Dünyada 14 milyon dollar dəyərində saxta dərman satan


Dünya 25 Sen 2020 09:27:00 171 0

Dünyada 14 milyon dollar dəyərində saxta dərman satan

Mart ayında 90 ölkə üzrə eyni vaxtda "Panqea" adı altınta keçirilən xüsusi əməliyyat zamanı internetdə saxta tibbi məhsulların satışı ilə məşğul olan 120-dən çox şəxs nəzarətə alınıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəz Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk TASS-a verdiyi müsahibədə bildirib.

A.Prokopçuk qeyd edib ki, əməliyyat nəticəsində 14 milyon dollarlıq antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla, digər saxta tibbi məhsullar ələ keçirilib: "Əməliyyat ÜST-nin koronavirusu pandemiya elan etdiyi bir vaxta təsadüf etdiyindən xüsusi əhəmiyyət kəsb edir". 

Polis generalı əlavə edib ki, təkcə Rusiyada sosial şəbəkələrdə 4 mindən çox şübhəli sayt və səhifə yoxlanılıb, narkotik və tibbi cihazların qanunsuz satışı ilə məşğul olan 2 mindən çox sayt aşkarlanıb: "Bununla bağlı 87 cinayət işi, 1100-dən çox inzibati yoxlama başlanılıb. Qanunsuz fəaliyyətə görə 34 nəfər saxlanılıb".