Yük avtomobili yanıb


Digərləri 25 Sen 2020 09:11:00 200 0

Yük avtomobili yanıb

Lənkəran rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilə məlumata görə, rayonun Ləj kəndində "Volvo" markalı yük avtomobilinin arxa təkərləri yanıb.

Yüksək temperaturdan avtomobilin banında meyvə yığılan 100 ədəd plastik tara əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.