Fransada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb


Dünya 25 Sen 2020 08:19:00 149 0

Fransada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Son sutkada Fransada 16 mindən çox insan koronavirusa yoluxdu. Ümumilikdə ölkədə kornavirusa yoluxanların sayı 497 23 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Sante publique France" agentliyi bildirib.

Qeyd edilib ki, son 24 saat ərzində 16 096 yoluxma faktı qeydə alınıb. Agentliyin mütəxəssislərinə görə, bu, ölkədə may ayının ortalarında karantin ləğv edildikdən sonra "yoluxanların sayında gündəlik ən yüksək artım göstəricisidir".

Bundan əvvəl gündə ən çox yoluxma yoluxma halı (13,5 minə yaxın) 19 sentyabrda qeydə alınıb.