Toysuz qalan müğənnilər nə işlə məşğuldur? "Maddi vəziyyət pis deyil"


Şou-biznes 25 Sen 2020 07:35:00 91 0

Toysuz qalan müğənnilər nə işlə məşğuldur?  "Maddi vəziyyət pis deyil"

"Xalqımın toy kimi bir adəti var" deyiblər. Bu adəti də musiqisiz, rəqssiz düşünmək qeyri-mümkündür. Bəs görəsən qazanc yeri toylar olan ifaçılar karantin müddəti ərzində necə dolanıblar, nə işlə məşğul olublar?

Son.az xəbər verir ki, redaktor.az bir neçə sənət adamı ilə əlaqə saxlayıb, bu məsələ ilə bağlı fikirlərini öyrənib.

Əməkdar artist Yusif Mustafayev karantin müddətində hər kəs kimi qaydalara əməl etdiyini, evdə qaldığını deyib:

"Ölkənin bu çətin zamanında bir vətəndaş kimi mən də müəyyən qədər yardımlarımı etdim, qaydalara riayət elədim. Maddi baxımdan da çox yaxşıdır hər şey. Belə bir söz var ki, "Ehtiyatlı igidin anası ağlamaz". Müəyyən qənaətlərlə çətin günləri çox yaxşı keçirdim. Tovuz hadisələrinə aid mahnılar oxudum və klip ərsəyə gətirdim. Karantin dövründə öz yaradıcılığımı davam etdirdim".

Karantində öz fəaliyyətini davam etdirən Elvin Mirzəzadə də günlərini belə təsvir etdi: "Əslində davamlı şəkildə işlə məşğul olan insanlara 15, yaxud 20 gün istirahət bəs edir. Ancaq karantin dövrü bir çox insana istirahətin pik həddini yaşatdı, xüsusilə də musiqi sahəsində çalışanlara. Evdə musiqi ilə məşğul olmaq mümkündür, amma insanların qarşısında, səhnədə olmadığın üçün bu işdən çox da zövq almaq olmur. Amma yenə də bu müddət ərzində yeni layihələr hazırladım. Onları ictimaiyyətə təqdim etmək üçün pandemiyanın biraz azalmasını, vəziyyətin normallaşmasını gözləyirəm".

Karantini bəhanə etmədən işinə davam edən digər müğənni Əhməd Mustafayev də deyib ki, yaradıcılığı olduğu kimi davam edir: "Yeni musiqilər, kliplər hazırlamaqda davam edirik. Yaradıcılığı dayandırmırıq. Ümid edirəm ki, vəziyyət çox yaxşı olacaq".

Metroda hansı YENİLİKLƏR olacaq? like
  • 25 Sen 07:28  
Digərləri Metroda hansı YENİLİKLƏR olacaq?

Pandemiya dövründə Bakı Metropoliteninin fəaliyyəti ilə bağlı monitorin

arrow Ətraflı
"TikTok" ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək like
  • 25 Sen 07:21  
Digərləri "TikTok" ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək

ABŞ-da fəaliyyətinin qadağan olunması təhlükəsi ilə üz-üzə qalan &qu

arrow Ətraflı
Ulduzun qızı gözəllikdə anasını kölgədə qoydu  FOTO like
  • 25 Sen 07:00  
Digərləri Ulduzun qızı gözəllikdə anasını kölgədə qoydu FOTO

Model Keyt Mossun 17 yaşlı qızı Lili Qreys gözəlliyi ilə anasını kölg

arrow Ətraflı
Helsinki aeroportunda koronavirus itlərin vasitəsi ilə yoxlanacaq like
  • 25 Sen 05:33  
Dünya Helsinki aeroportunda koronavirus itlərin vasitəsi ilə yoxlanacaq

Helsinki aeroportunda xüsusi itlər dəstəsi fəaliyyətə başlayıb, onlar q

arrow Ətraflı
Alimlərdən İNQİLABİ KƏŞF like
  • 25 Sen 05:01  
Digərləri Alimlərdən İNQİLABİ KƏŞF

Rusiyada universal təbii antibiotik tapılıb.

arrow Ətraflı
Prezident İlham Əliyev: İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır like
  • 25 Sen 04:34  
Siyasət Prezident İlham Əliyev: İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün

arrow Ətraflı
Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb like
  • 25 Sen 04:33  
Dünya Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 32 milyon nəfəri ötüb.

arrow Ətraflı
Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub like
  • 25 Sen 04:20  
Siyasət Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub

Azərbaycana qarşı təcavüz səbəbindən Ermənistan dərin demoqrafik, sosi

arrow Ətraflı
Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik like
  • 25 Sen 04:17  
Siyasət Azərbaycan Prezidenti: Biz dünyaya dözümlülük və birgəyaşayış nümunəsini təqdim edirik

Ermənistanın işğalının səbəb olduğu çətinliklərə baxmayaraq, Azərb

arrow Ətraflı
Prezident İlham Əliyev: Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır like
  • 25 Sen 04:10  
Siyasət Prezident İlham Əliyev: Ermənistanın məqsədi işğal edilmiş ərazilərin ilhaqına nail olmaqdır

Ermənistanın məqsədi işğalla bağlı hazırkı status-kvonu qorumaq və i

arrow Ətraflı