Metroda hansı YENİLİKLƏR olacaq?


Digərləri 25 Sen 2020 07:28:00 169 0

Metroda hansı YENİLİKLƏR olacaq?

Pandemiya dövründə Bakı Metropoliteninin fəaliyyəti ilə bağlı monitorinqlər, təhlil və araşdırmalar aparılıb, sərnişinlərin statistikası öyrənilib.

Məlumata görə, hazırda metropolitendə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə az sərnişin daşınır.

Son.az bildirir ki, bu barədə publika.az-ın suallarını cavablandıran "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, əvvəlki illərdə həmişə metropolitendə sentyabr ayının əvvəlində dərs ilinin başlaması ilə əlaqədar olaraq sərnişinlərin sayı artıb və hərəkət qrafiki dəyişib. Ancaq pandemiya səbəbilə həm Nazirlər Kabinetinin, həm də Təhsil Nazirliyinin qərarına əsasən, tədris mövsümünün tamamilə başqa formatda bərpa olunması metrodan istifadə edən sərnişinlərin statistikasına da təsir göstərib: "Yay ayları aktiv istirahət mövsümü olduğu üçün məzuniyyətə gedənlərin sayının çox olması da sərnişinlərin sayının azalmasına təsir edir. Lakin hazırda bu istiqamətdə sərnişinlərin sayı artmağa başlayıb. Nazirlər Kabinetinin idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı müəyyən qərarları var. Bu tələblərə uyğun olaraq metropolitenin də işinin tənzimlənməsi prinsipləri həyata keçirilir. Bütün bunları nəzərə alsaq, hazırda metropolitendə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə az sərnişin daşınır".

"Hazırda ən optimal hərəkət qrafiki tətbiq edilib"

B.Məmmədov Bakı Metropoliteninin pandemiya başlayandan bu günə qədər ən optimal hərəkət qrafiki tətbiq etdiyini deyib. Onun sözlərinə görə, bu qrafikə uyğun olaraq qatarlar ən pik saatlarda minimal hərəkət qrafiki ilə - texniki imkanlara görə 2 dəqiqə intervalla hərəkət edirlər: "Bu qayda sərnişinlərin sayından asılı olmayaraq qüvvədə qalacaq. Sərnişinlər də metrodan metodiki göstərişlərə uyğun istifadə etməlidirlər. Girişdə biz tibbi maska tələb edirik və çalışırıq ki, bütün qatarlarda və stansiyalarda buna nəzarət edək. Amma metodiki göstərişlərdən biri də sosial məsafənin qorunmasıdır. Optimal hərəkət qrafiki həm də bunun üçün tətbiq edilir".

Metropoliten rəsmisi qeyd edib ki, sərnişin sıxlığının tənzimlənməsi, onların hərəkət axını, rahatlığı və təhlükəsizliyi pandemiya şəraitini nəzərə alaraq maksimal dərəcədə gözlənilir: "Hazırda gücləndirilmiş iş rejimində çalışırıq. Metropoliten adətən paytaxtda keçirilən xüsusi kütləvi tədbirlər zamanı gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Hazırda isə xüsusi rejimdə işləyir. Günün müəyyən saatlarında zərurət yaranarsa, əlavə qatarlar xəttə buraxılır. Çünki pandemiya vaxtı sərnişin axını istiqamətlərində dəyişiklik ola bilər. Metropoliten buna da hazırdır. Gücləndirilmiş iş rejiminin digər bir tərəfi isə insan resursları ilə bağlıdır. Müəyyən növbətçilik cədvəli tərtib olunub və ona uyğun da stansiyalarda xidmət göstərilir. Sərnişinlərin hərarəti ölçülür, monitorinqlər və təbliğat işləri aparılır, nəzarət isə gücləndirilib. Bununla bağlı işçilər cəlb olunub və növbəti cədvəl tutularaq onların təlimatlandırılması müntəzəm şəkildə aparılır".

"Havalandırma ilə bağlı təqdimat hazırlanacaq"

Əksər vətəndaşları metropolitendən narazı salan səbəblərdən biri də havalandırma sisteminin intensiv olmaması və ya yaxşı işləməməsidir.