Koronavirus xeyli "cavanlaşıb"


Digərləri 25 Sen 2020 07:07:00 174 0

Koronavirus xeyli "cavanlaşıb"

COVID-19 diaqnozu qoyulmuş xəstələrin orta yaşı, əsasən yaşlı insanları vuran pandemiyanın ilk dalğası dövrü ilə müqayisədə daha aşağıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Macarıstanın baş həkimi Sesiliya Müller onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda testə müsbət reaksiya daşıyıcılarının əksəriyyəti 20-29 yaş qrupuna aiddir. İkinci dalğanın "təbiəti" birincidən bir qədər fərqlidir, buna görə də pandemiyanın qarşısını almaq üçün indi bir az fərqli strategiya seçilməlidir.

İki dalğa zamanı bütün infeksiya hadisələrinin məcmu orta yaşı hələ 41, son 10 gündə isə 35 yaş təşkil edir.

Müller xəstəxanaların hər gün kifayət qədər dərman və yataq yerlərinin olması üçün gündəlik yoxlanıldığını söyləyib. Buna baxmayaraq, bir çox xəstə artıq stasionar müalicəyə qəbul edilmir, sahə həkimi tərəfindən nəzarət edilməsi məqsədilə evə göndərilir.