Vannaya düşən mobil telefon gənc qızın QATİLİNƏ ÇEVRİLDİ


Dünya 25 Sen 2020 02:01:00 158 0

Vannaya düşən mobil telefon gənc qızın QATİLİNƏ ÇEVRİLDİ

Fransanın Marsel şəhərində bədbəxt hadisə baş verib.

Son.az xəbər verir ki, mobil telefonu ilə hamamda çimmək istəyən 15 yaşlı qız həyatını itirib.

Gənc fransalı telefonu elektrik şəbəkəsinə qoşaraq vannaya uzanıb.

Lakin, gözlənilmədən yüklənmədə olan cihaz suyun içinə düşüb.

Nəticədə qız güclü cərəyan zərbəsi alıb.