Məşhur serialın çəkiliş qrupunda koronavirus aşkarlandı


Digərləri 25 Sen 2020 01:02:00 156 0

Məşhur serialın çəkiliş qrupunda koronavirus aşkarlandı

Türkiyənin FOX telekanalında yayımlanan "Bay Yanlış" serialının çəkiliş qrupunda koronavirus aşkarlanıb.

Son.az xəbər verir ki, geyim üzrə çalışan işçilərdən birinin COVID-19 testi pozitiv çıxıb.

İnfeksiya aşkarlanan işçi karantinə alınıb.

Baş rol oyunçuları daxil olmaqla bütün komanda testdən keçirilib.

Serialın çəkilişinin dayandırılması ilə bağlı məlumat verilməyib. (publika.az)