Yaponiyada aparılan kliniki sınaqlar koronavirusun "Aviqan" dərmanı ilə müalicəsinin səmərəli olduğunu təsdiq edib


Dünya 25 Sen 2020 00:45:00 155 0

Yaponiyada aparılan kliniki sınaqlar koronavirusun "Aviqan" dərmanı ilə müalicəsinin səmərəli olduğunu təsdiq edib

Yaponiyada qripə qarşı "Aviqan" dərmanının istehsalçısı olan şirkət kliniki sınaqlardan sonra, bu dərmanın COVID-19-a yoluxmuş xəstələrin müalicəsi zamanı da səmərəli olduğunu bəyan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həmin dərman "Fujifilm Holdings" korporasiyasına daxil olan "Fujifilm Toyama Chemical" şirkəti tərəfindən hazırlanıb.

Korporasiyadan bildiriblər ki,COVID-19-a yoluxmuş xəstələrin müalicəsi üçün hökumətə müraciət etməzdən əvvəl, bu virusa yoluxmuş 20 yaşdan 74 yaşadək 156 nəfər üzərində müşahidələr aparılıb. Sınaqlar zamanı həmin dərmanın təhlükəli olması ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib.

Bildirilir ki, əvvəllər "Aviqan" dərmanının yarada biləcəyi narahatlıqlar arasında onun böyrəklərin və ciyərin fəaliyyətinə yan təsiri qeyd edilirdi.

Hazırda dərmanı hazırlayan şirkət oktyabrın əvvəllərindən başlayaraq, onun COVID-19-un müalicəsində istifadə olunması üçün hökumətə müraciət etməyi planlaşdırır.