Pakistanlı ekspert: Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir


Siyasət 24 Sen 2020 23:59:00 170 0

Pakistanlı ekspert: Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir

Ermənistan İslamafobiyanın dövlət siyasəti olduğu bir ölkədir. Ermənilər işğal edilmiş Azərbaycan ərazilərində məscidləri dağıdır və dağıdılmış məscidlərdə heyvanlar, o cümlədən donuz, inək saxlayırlar.

Son.az bildirir ki, bunu Trend-ə pakistanlı ekspert Malik Əyyub Sumbal deyib.

O qeyd edib ki, Ermnənistan hökuməti dindən sui-istifadə edir və din adından nifrət yaratmaqla dünyada öz faşist xislətini ifşa edir: "Dindən başqa millətlərə qarşı alət kimi istifasdə edən ölkələrin özündə daxili dini ekstermizm baş qaldırır və onları dünyadan təcrid edir. Ermənistan özü də bu cür taktikalardan istifadə edir. Hər hansı bir xalqın dini hisləri ilə oynamaq dünyada ən utancverici bir hərəkətdir və bir nifrət cinatyətidir. Dini və müqəddəs yerlərə hörmətsizlik etmək çox dar düşüncəli və utancverici bir yanaşmadır".

Ekspert bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda dini azadlıq, multikulturalizm və başqa dinlərə hörmət Prezident İlham Əliyevinin siyastində prioritet istiqamətlərdən biridir: "Mən Azərbaycan cəmiyyətinin başqa dinlərə necə tolerant yanaşdığının şahidi olmuşam və hər bir dinin nümayəndəsi Azərbaycanda sərbəst şəkildə öz dini ayinlərini icra edir".