Böyük Britaniya bir sıra ölkələrdən gələnlərə yenidən karantın tətbiq edəcək


Dünya 24 Sen 2020 23:13:00 132 0

Böyük Britaniya bir sıra ölkələrdən gələnlərə yenidən karantın tətbiq edəcək

Böyük Britaniya hakimiyyəti Danimarka, İslandiya, Slovakiya və Karib dənizində yerləşən Kyurasao adasından ölkəyə gələn insanlar üçün iki həftəlik karantin tətbiq edilməsini yenidən məcbur edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Birləşmiş Krallığın Nəqliyyat və Xarici İşlər Nazirliklərin birgə bəyanatında bildirilib.

Bununla da krallığın hakimiyyəti pandemiyanın ikinci dalğası riskini azaltmağa çalışır.

Ümumilikdə, ölkədə koronavirusdən 41,8 mindən çox insan ölüb, 400 mindən çoxu isə yoluxub.