Avtomobil daşıyan yelkənli gəmi inşa ediləcək FOTO


Digərləri 24 Sen 2020 23:30:00 217 0

Avtomobil daşıyan yelkənli gəmi inşa ediləcək  FOTO

Atlantik okeanı vasitəsi ilə yeddi minə qədər avtomobili daşıya bilən nəhəng yelkənli gəminin layihəsi ilə bağlı təfərrüatlar məlum olub. Qeyd etmək lazımdır ki, yelkənli gəminin atmosferə atdığı zərərli tullantıların səviyyəsi minimuma endirilib. Adi avtomobil daşıyan gəmilərlə müqayisədə, Ocaenbird adlandırılmış gəminin ətraf mühitə atdığı tullantıların səviyyəsi 90% azaldılıb.

Son.az autograph.az-a istinadən bildirir ki, Oceanbird avtomobil daşıyan gəmisinin yadalıması üzərində Stokholmdakı KTH Kral texnologiya institutu, SSPA konsaltinq şirkəti və Wallenius Marine tərsanəsi iştirak ediblər. Gəminin uzunluğu 200 metrə, eni - 40 metrə, hündürlüyü isə 100 metrə çatır ki, bunlardan 80 metri yelkənlərin payına düşür.

Oceanbird gəmisi limana daxil olmaq və fövqəladə hallar üçün lazım olan mühərriklərlə təchiz edilir.  Bununla birlikdə, əsas enerji mənbəyi küləkdir. Planlara görə, gəmi 2024-cü ildə istifadəyə veriləcəkdir.

Oceanbird gəmisi, nəqliyyat vasitələrinin daşınması üçün nəzərdə tutulmuş digər gəmilərlə müqayisədə bir sıra mənfi cəhətlərə malikdir. Məsələn, yelkənli gəminin Atlantik okeanını keçməsi 12 gün davam edəcəkdir, halbuki adi gəmilər mu məsafəni bir həftəyə gət edirlər.

MV Golden Ray