Lyuis Həmilton "xəyallarının avtomobili" barədə danışıb və fanatların tənqidinə məruz qalıb FOTO


Digərləri 24 Sen 2020 23:01:00 141 0

Lyuis Həmilton "xəyallarının avtomobili" barədə danışıb və fanatların tənqidinə məruz qalıb  FOTO

Formula 1 üzrə altıqat dünya çempionu Lyuis Həmilton Instaqram şəbəkəsindəki hesabında Mercedes-Benz EQS seriya elektrokarının debütünü səbirsizliklə gözlədiyini bildirib. Bununla belə, pilotun pərəstişkarlarının bir hissəsi onun açıqlamasını layiqincə qiymətləndirməyiblər.

Lyuis Həmilton məşhur vegetarianlardan biridir və tez-tez öz pərəstişkarlarını ekoloji problem barədə düşünməyə və ətraf mühitə vurulan zərəri azaltmaq üçün elektromobillərə keçməyə çağırır. Bu dəfə altqat dünya çempionu "xəyallarının avtomobilinin" Mercedes-Benz EQS olacağını söyləyib. Xatırladaq ki, EQS modelinin prototipi 2019-cu ildə Frankfurt avtosalonunda nümayiş etdirilmişdi.

Son.az autograph.az-a istinadən bildirir ki, bununla birlikdə, pilotun pərəstişkarlarının əksəriyyəti, aktiv "yaşıl" mövqeyinə baxmayaraq, Formula 1 pilotunun hazırki fəaliyyətinin ətraf mühitə zərər vurmaqla əlaqədar olduğu üçün onu qınayırlar.

Bundan əlavə, britaniyalı pilotun qarajında ənənəvi daxili yanma mühərrikləri ilə hərəkətə gələn çoxlu sayda superkarlar vardır. Məsələn, Həmilton, McLaren P1, Ferrari LaFerrari və 599 Aperta, Pagani Zonda 760, həmçinin Ford Shelby Mustang GT500 və bir neçə Mercedes-Benz avtomobilinə sahibdir.

Bundan əlavə, Hamiltonun tez-tez köpəklərini daşımaq üçün istifadə etdiyi xüsusi təyyarəsi də var. Bu baxımdan pilotun pərəstişkarları sponsor şirkətdən alınacaq bir elektromobil pilotun ətraf mühitə vurduğu gündəlik ziyanı kölgədə qoya bilməyəcəyini söyləyiblər.