Yeniyetməlik və cinsi tərbiyə


Digərləri 24 Sen 2020 22:35:00 153 0

Yeniyetməlik və cinsi tərbiyə

Cinsi yetişmək insanın təbii ehtiyaclarından biridir. Bu bizə yemək, içmək, nəfəs almaq, bizi həyata bağlayan digər vasitələr kimi lazım olan ən vacib şeylərdən sayılır. Cinsi yetişkənlik həm fiziki, həm də psixi baxımdan mükəmməl olmalıdır. Bunun belə olması üçün yaşından asılı olaraq uşaqların cinsi tərbiyəyə malik olması vacibdir. Cinsi yetişkənliyi ilk dəfə hiss edən yeniyetmə, bədənində olan dəyəşəkliklər barədə məktəb yoldaşlarından, kitablardan, televizordan eşitmiş olur. Amma doğru cinsi tərbiyə yeniyetməyə hansısa bir ən yaxını tərəfindən verilən tərbiyə hesab olunur. Belə ki, yeniyetmənin fikirləşdiyi suallara yuxarıda adları çəkilənlər doğru cavab verməyə bilər. Amma ana və atanın bu məsələdə yeniyetməyə verdiyi tərbiyənin, məsləhətlərin nəticəsi onun üçün ən yaxşı cavab hesab olunar. Bu məsələdə valideyinlər övladlarına qarşı çox diqqətli olmalı və onları düzdün məlumatlandırmalıdır. Valideyinlər övladlarının sulallarına ən yaxşı cavab verə bilən insanlar olmalıdır. Valideyinlər öz övladlarına ayıb və utanma duyğusunu, normal cinsi həyat tərzinin nə vaxt başlamaq lazım olduğunu və bu zamana qədər nələrdən və kimlərdən yaxın, ya da uzaq durmanın qaydalarını başa salmalıdır. Yeniyetmənin ehtiyac duyduğu məsələlərdə ona ilk məsləhət verəcək şəxs onun valideyinləri olmalıdır. Yeniyetmə dövründə hormonal yetişkınlik oğlan və qızlarda psixoloji faktorların meydana çıxmasına səbəb ola bilir. Bu adətən bədəndə baş verən dəyişiklərlə bağlı olur. Dəyişiklik qızlarda aybaşının başlaması və ginekoloji qadın bədəninə sahib olmaları, oğlanlarda isə səsin qalınlaşması və üzə tüklərin çıxması ilə müşayət edilir. Həm fiziki, həm də psixoloji dəyişiklik dövründə yeniyetmələrdə müxtəlif dəyişkən xüsusiyyətlər də peyda olur. Valideyinlər bunu anlayışla qarşılamalı və övlardarında xoşagəlməz psixi dəyişikliklər hiss etdiklri zaman psixoloqa müraciət etməlidirlər.