CyberPunk 2077dən oyunçuların ürəyinə su sərpəcək xəbər


Digərləri 24 Sen 2020 21:50:00 156 0

CyberPunk 2077dən oyunçuların ürəyinə su sərpəcək xəbər

Oyunçuların həyəcanla gözlədiyi və bir tərəfdən də güclü qrafiklərinə görə qorxduğu CyberPunk 2077 oyunun sistem tələblərini açıqladı. Heç kəsin gözləmədiyi bu tələblər oyunçuları həqiqətən də sevindirdi. Oyun günümüzün orta büdcəli PClərində rahatlıqla oynana bilinəcək!

Son.az techland.az-a istinadən bildirir ki, uzun müddətdir gözlədiyimiz və keçmiş aylarda təqdim olunmalı olan Cyberpunk 2077 , təəssüf ki pandemiya ilə əlaqədar 19 Noyabr tarixinə təxirə salındı. Oyun indiyə qədər yayımlanan hər video və görüntü ilə bizi valeh etməyi bacardı.

Gördüyümüz hər oyunun görüntüsü əslində bizim üçün ümidsizlik mənbəyi idi. Çünki Cyberpunk 2077nin bugünkü orta büdcəli sistemlərdə işləyə biləcəyi gözlənilmirdi. Bu gün Cyberpunk 2077 tərəfindən paylaşılan yazı hər kəsi təəccübləndirdi. Oyunun sistem tələbləri nəhayət rəsmi halda bizə təqdim olundu.

Cyberpunk 2077nin sistem tələbləri:

Cyberpunk 2077 sistem tələblərini paylaşaraq hər bir oyunçunun heyranlığını qazana bildi. Paylaşılan sistem tələbləri bu gün bazarda mövcud olan orta səviyyəli kompüterlər üçün idealdır. Oyunun rəsmi minimum və tövsiyə olunan sistem tələbləri belədir:

Cyberpunk 2077 minimum sistem tələbləri:

Əməliyyat sistemi: 64 bit Windows 7 və ya 64 bit Windows 10

DirectX versiyası: DirectX 12

Prosessor: Intel Core i5-3570K və ya AMD FX-8310

RAM: 8 GB

Qrafik kartı: NVIDIA GTX 780 3 GB və ya AMD Radeon RX 470

Yaddaş: 70 GB HDD (SSD tövsiyə olunur)