iOS 14 rekord sayda yüklənməyə çatıb


Digərləri 24 Sen 2020 21:20:00 167 0

iOS 14 rekord sayda yüklənməyə çatıb

Analitik firma Mixpanel, aktiv iPhone, iPad və iPod touch arasında yeni iOS və iPadOS əməliyyat sistemlərinin yayılma statistikalarını paylaşıb. Təqdim olunan məlumatlara görə, son iOS / iPadOS buraxılışı cihazların 25% -dən çoxunda artıq quraşdırılıb.

Son.az techland.az-a istinadən bildirir ki, iOS 14 və iPadOS 14-ün tam buraxılışı 16 sentyabrda reallaşıb və 21 sentyabr tarixinə sistemlərin ümumi payı 27,71% -ə çatıb.

Qeyd edək ki, keçən il iOS 13-də bu göstərici beş gün üçün 20% idi.