ABŞda son sutkada COVID19a 43 157 yoluxma qeydə alınıb, 1 113 nəfər ölüb


Dünya 24 Sen 2020 20:54:00 188 0

ABŞda son sutkada COVID19a 43 157 yoluxma qeydə alınıb, 1 113 nəfər ölüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 43 157 yoluxma halı qeydə alınıb, 1 113 nəfər vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, ABŞ-da indiyədək COVID-19-a yoluxanların sayı 7 141 923 nəfərə çatıb.

ABŞ-da koronavirusdan ölənlərin sayı 206 616 nəfər təşkil edir.

Ölkədə xəstəlikdən sağalanların sayı 4 milyon 400 min nəfəri ötüb.