İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb


Dünya 24 Sen 2020 20:22:00 167 0

İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb

İspaniyanın paytaxtı Madriddə yağan aramsız yağış şəhər metropoliteninin işinə ciddi təsir göstərib.

Son.az Trend-ə istinadən bildirir ki, yağış metro qatarlarının hərəkətində fasilələrə səbəb olub. Bir neçə stansiya suyun altında qalıb.

Metro stansiyalarına giriş-çıxış dayandırılıb.

Bundan başqa, leysan şəhərətrafı elektrik qatarlarının işinə təsir göstərib. Dəmir yollarının müəyyən hissələri hərəkət üçün tam bağlanıb.