Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub FOTO


Digərləri 24 Sen 2020 20:29:00 77 0

Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub  FOTO

Bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan Son.az-a bildirilib ki, qonağı salamlayan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərində belə demək mümkünsə, daha parlaq çalarlar özünü göstərməkdədir. Bu, hər iki ölkənin bir-birinə beynəlxalq müstəvilərdəki konkret dəstəyinin ifadə olunması fonunda baş verir. Sevindirici haldır ki, ümumi ahəng media sahəsinə də öz təsirini göstərməkdədir.

"Azərbaycan Prezidentinin köməkçisi cənab Hikmət Hacıyein İstanbulda keçirdiyi görüşlər, mövcud xüsusda Azərbaycan-Türkiyə Media Platformasının formalaşdırılması ilə bağlı fikirlər bunu deməyə əsas verir. Düşünürəm ki, ideyanın gerçəkləşməsi üçün kifayət qədər münbit zəmin, yüksək siyasi iradə var", - deyən Ə.Amaşov vurğulayıb ki, rəhbərlik etdiyi qurum Türkiyənin Azərbaycandakı Səfirliyi ilə kifayət qədər oturuşmuş əməkdaşlıq münasibətlərinə malikdir. MŞ sədri bu münasibətlərin perspektiv planların reallaşması baxımından öz sözünü deyəcəyinə əminliyini dilə gətirib.

Ə.Amaşov, həmçinin bildirib ki, Şura Türkiyə Mətbuat Şurası ilə də sıx əlaqədədir. Hər iki qurum birlikdə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının işində yaxından iştirak edir, ortaq mövqə və mənafeləri önə çəkir. "Məlum olduğu kimi, bir müddət öncə Yunanıstanın mətbuat orqanlarından biri Türkiyə Prezidenti barədə bütün etik normaları, jurnalistika prinsiplərini aşan material yayımlamışdı. Biz Türkiyə Mətbuat Şurası ilə birgə məsələni Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə keçirilmiş toplantısında qabartdıq. Təşkilatın yekdil mənfi rəyinin formalaşmasına nail olduq. Bu kimi misallar yetərincədir", - deyə MŞ sədri vurğulayıb.

Səfir E.Özoral da öz növbəsində Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı durumundan məmnunluğunu ifadə edərək bildirib ki, rəhbərlik etdiyi diplomatik missiya əməkdaşlığın media müstəvisində daha dolğun nəticələr əldə etməsi istiqamətində çalışmaqdadır. Səfir bununla bağlı Mətbuat Şurası ilə birgə fəaliyyətin də önəmini vurğulayıb. O, həmçinin Türkiyə və Azərbaycanın birgə Media Platdorması yaratmaq ideyasına da toxunub. Bildirib ki, bu istiqamətdə ilk addımlar atılmağa başlayıb. Yaxın zamanlarda platformanın həyata keçəcəyinin şahidi olacağıq.

Görüşdə hər iki ölkənin media quruluşları arasındakı münasibətlərin konkret durumuna diqqət yetirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İranda 4,3 bal gücündə zəlzələ baş verib like
  • 24 Sen 20:24  
Dünya İranda 4,3 bal gücündə zəlzələ baş verib

İranın Fars əyalətinin Kənar Təxtə bölgəsində 4,3 bal gücündə zəlz

arrow Ətraflı
İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb like
  • 24 Sen 20:22  
Dünya İspaniyada leysan nəticəsində metro stansiyalarını su basıb

İspaniyanın paytaxtı Madriddə yağan aramsız yağış şəhər metropoliten

arrow Ətraflı
Ceyhun Bayramov Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüşüb like
  • 24 Sen 20:21  
Siyasət Ceyhun Bayramov Gürcüstanın Prezidenti Salome Zurabişvili ilə görüşüb

24 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər

arrow Ətraflı
Rusiyada azərbaycanlı onunla tanış olmaq istəməyən qızı qaçırdı like
  • 24 Sen 20:19  
Dünya Rusiyada azərbaycanlı onunla tanış olmaq istəməyən qızı qaçırdı

Rusiyanın Pskov şəhərində adam oğurluğunda ittiham edilən azərbaycanlı

arrow Ətraflı
Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi like
  • 24 Sen 20:14  
Siyasət Soydaşımız Estoniyada siyasi partiyanın həmsədri seçildi

Estoniyada yaşayan Züleyxa İsmayılova bu ölkədə fəaliyyət göstərən &

arrow Ətraflı
Bu ölkədə koronavirusa yoluxma iki dəfə artdı like
  • 24 Sen 20:09  
Dünya Bu ölkədə koronavirusa yoluxma iki dəfə artdı

Bir neçə aylıq nisbi sakitlikdən sonra Finlandiyada koronavirusa yoluxma tem

arrow Ətraflı
Nigeriyada seksual cinayətkarlar xədim olunacaq like
  • 24 Sen 20:04  
Dünya Nigeriyada seksual cinayətkarlar xədim olunacaq

Nigeriyanın şimalındakı Kaduna ştatında azyaşlılara qarşı cinsi təcav

arrow Ətraflı
Məşhur brend sosial medianın gündəmində like
  • 24 Sen 19:59  
Digərləri Məşhur brend sosial medianın gündəmində

Fransanın dünyaca məşhur "Balenciaga" brendi yeni kolleksiyası il

arrow Ətraflı
Hülya Avşardan bikinili like
  • 24 Sen 19:54  
Şou-biznes Hülya Avşardan bikinili

Türkiyəli məşhur müğənni və aktrisa Hülya Avşar yeni fotosu ilə günd

arrow Ətraflı
Məşhur cütlüyün övladı doğuldu like
  • 24 Sen 19:49  
Digərləri Məşhur cütlüyün övladı doğuldu

Dünyaca məşhur model Gigi Hadid ilə müğənni Zayn Malikin övladı dünyay

arrow Ətraflı
YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib like
  • 24 Sen 19:47  
Siyasət YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokon

arrow Ətraflı
Kənan Bakıda Sibel Canın mühafizəçisi olubmuş like
  • 24 Sen 19:44  
Şou-biznes Kənan Bakıda Sibel Canın mühafizəçisi olubmuş

Rejissor Kənan M.M. iyirmi il öncə çəkilmiş fotosunu paylaşıb.

arrow Ətraflı
Türk Hava Yolları AnkaraBakıAnkara xüsusi uçuşlarına başlayır like
  • 24 Sen 19:41  
Digərləri Türk Hava Yolları AnkaraBakıAnkara xüsusi uçuşlarına başlayır

Türk Hava Yolları 2 Oktyabr 2020-ci il tarixindən etibarən Ankara Bakı və

arrow Ətraflı
Rusiya aviaşirkətlərinin Azərbaycan istiqamətində bir neçə reysi ləğv edilib like
  • 24 Sen 19:39  
Dünya Rusiya aviaşirkətlərinin Azərbaycan istiqamətində bir neçə reysi ləğv edilib

Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi ("Rosaviasiya") aviaşirk

arrow Ətraflı
“BMW” piyada keçidində 9 yaşlı piyadanı vurub öldürdü like
  • 24 Sen 19:34  
Dünya “BMW” piyada keçidində 9 yaşlı piyadanı vurub öldürdü

Rusiyanın Meqion şəhərində məktəbli piyadanın ölümü ilə nəticələn

arrow Ətraflı