Bu ölkədə koronavirusa yoluxma iki dəfə artdı


Dünya 24 Sen 2020 20:09:00 157 0

Bu ölkədə koronavirusa yoluxma iki dəfə artdı

Bir neçə aylıq nisbi sakitlikdən sonra Finlandiyada koronavirusa yoluxma tempi yenidən sürətlənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Sosial İşlər və Səhiyyə Nazirliyi məlumat yayıb.

Finlandiya səlahiyyətliləri son iki həftədə qeydə alınan yoluxma faktlarının sayının kəskin artaraq 798-ə çatdığını bildirib. Müqayisə üçün deyək ki, əvvəlki analoji dövrdə 387 yoluxma faktı qeydə alınıb. Bununla belə bildirilib ki, Finlandiya epidemioloji vəziyyətə görə, Avropada ən yaxşı ölkələrdən biri olaraq qalır.

Qeyd edək ki, Finlandiya 28 oktyabrdan etibarən qonşu ölkələr İsveç və Norveçlə sərhədlərini bağlayacağını açıqlamışdı. Bu qərar sözügedən hər iki ölkədə yoluxma sayının yüksək olması ilə əlaqələndirilir. 

Son məlumatlara görə, Finlandiyada 9,3 min nəfər koronavirusa yoluxub. 343 insan isə xəstəlik səbəbindən həyatını itirib.